» » » Azərbaycanda gənclərin yaşı dəyişdirilir

Azərbaycanda gənclərin yaşı dəyişdirilir

Azərbaycanda gənclərin yaşı dəyişdirilir

“Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi gənclər haqqında qanunvericilikdə də dəyişikliklərə səbəb olacaq”.

Ucarliyiq.biz xəbər verir ki, Qafqazinfo-ya daxil olan məlumata görə, bunu açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. 

O, bu il “Gənclər siyasəti haqqında” qanuna ciddi dəyişikliklərin olacağını söyləyib: 

“Artıq qanunvericilikdə gənclər yaşı ilə bağlı məsələlər dəyişilməlidir. “Gənclər siyasəti haqqında” qanuna da bu il köklü dəyişikliklər ediləcək. Bu, zamanın tələbidir. Qanuna dəyişiklik böyük bir paketi əhatə edəcək. Bu dəyişikliklər Milli Məclisin payız sessiyasında öz həlini tapacaq”.

Qeyd edək ki, hazırda Azərbaycanda 18-29 yaşlı vətəndaşlar gənclər sayılırlar.

.
ucarliyiq.biz