» » » MTRŞ: Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil

MTRŞ: Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil

MTRŞ: Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil

Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin dini mövzuda yayım həyata keçirəcək televiziya və radionun açılması ilə bağlı fikirlərinə münasibət bildirib.

Ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə MTRŞ-in aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Onun dözlərinə görə, bu məsələ “Televiziya və radio yayımı haqqında” qanunla tənzimlənir.

O qeyd edib ki, qanunun 10-cu maddəsinin tələbinə əsasən, Azərbaycanda dini televiziya və radionun təsis edilməsi və yayımı mümkün deyil:

“Qanunvericilik buna yol vermir. Eyni zamanda, Şura tərəfindən yaxın gələcəkdə yeni telekanalın açılması üçün müsabiqənin elan edilməsi də gözlənilmir”.

.

ucarliyiq.biz