» » » MTRŞ: Əksər evlərdə televizorlar həm rəqəmsal, həm də analoq yayımı dəstəkləyir

MTRŞ: Əksər evlərdə televizorlar həm rəqəmsal, həm də analoq yayımı dəstəkləyir

MTRŞ: Əksər evlərdə televizorlar həm rəqəmsal, həm də analoq yayımı dəstəkləyir

“Analoq yayımı dəstəkləyən televizora baxanlar dekoderlər əldə etməlidir. Əks halda, dekabrın 1-dən bütün ölkə üzrə analoq yayım dayandıqdan sonra vətəndaşlar əvvəlki qaydada televiziyaya baxa bilməyəcəklər”.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

O bildirib ki, bu gün evlərdə olan LCD, plazma televizorları həm analoq, həm də rəqəmsal yayımları qəbul edir, köhnə tipli televizorlar - dərinliyi böyük, müstəvi formaya az yaxın olan, həcmləri iri cihazlar isə analoq və rəqəmsal TV yayımlarını qəbul edə bilməz:

“Ona görə də belə televizorlarda rəqəmsal yayımı qəbul etmək üçün dekoderlərdən (“Set-Top-Box”) istifadə olunmalıdır. Onlar satışda var. Hətta Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan 5 min dekoder poçt şöbələrinə veriləcək. Onların qiymətləri 25-30 manat arasında dəyişir. Bütün satış məntəqələri, mağazalarla yanaşı, poçt məntəqələrində də onlar satılacaq. Qoşulma çox sadədir və hər kəs edə bilər”.

MTRŞ nümayəndəsinin sözlərinə görə, Azərbaycanda əhalinin əksər hissəsində televizorlar həm rəqəmsal, həm də analoq yayımı dəstəkləyir. Son illər Bakıda satılan televizorların həm analoq, həm də rəqəmsal olduğunu deyən şöbə müdiri, onların dekoderlərə ehtiyacı olmadığını açıqlayıb:

“25 ildir ki, ölkədə analoq-rəqəmsal televizorlar satılır. Son 25 ildə kim televizor alıbsa, onlar həm analoqa, həm də rəqəmsal yayıma baxa biləcəklər”.

Dekoderlərin aztəminatlı ailələrə güzəştli və ya pulsuz verilməsi məsələsinə gəlincə, İ.Məmmədov bildirib ki, əvvəl bu barədə düşünülsə də, hazırda bu, nəzərdə tutulmur.

.

ucarliyiq.biz