» » » FHN Bakıda 17 nəfəri xilas etdi

FHN Bakıda 17 nəfəri xilas etdi

FHN Bakıda 17 nəfəri xilas etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. 

Ucarliyiq.biz FHN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal  Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.


ucarliyiq.biz