» » » Yağış suları evlərə doldu – VİDEO

Yağış suları evlərə doldu – VİDEO

Yağış suları evlərə doldu – VİDEO

Yağan yağış Bakıda ciddi fəsadlar yaradıb.

Ucarliyiq.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, küçələr boyu axan yağış suları evlərə dolub.

Belə hallardan biri də Nərimanov rayonunda qeydə alınıb. Rayonun Sübhan Ələsgərov küçəsində yerləşən mənzilə həyətdən yağış suları axıb.

Ev sahibinin sözlərinə görə, buna səbəb məhəllədəki kanalizasiya sisteminin yaxşı işləməməsidir. Hadisə nəticəsində evin döşəməsi suyun altında qalıb. Ev əşyaları - xalça, mebel və sairə yararsız hala düşüb. Mənzilin sahibi onu da əlavə edib ki, evinin tavanında heç bir problem yoxdu və suyun damması halı qeydə alınmayıb. Evdəki su kənardan daxil olub.

.

ucarliyiq.biz