» » » Azərbaycanda iki mindən çox məhkum barəsində amnistiya tətbiq olunub

Azərbaycanda iki mindən çox məhkum barəsində amnistiya tətbiq olunub

Azərbaycanda iki mindən çox məhkum barəsində amnistiya tətbiq olunub

“Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəssisələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzalarından azad ediliblər”.

Ucarliyiq.biz xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

“Sentyabrın əvvəlinədək olan müddət ərzində prokurorluq əməkdaşlarının iştirakı ilə amnistiya aktı ümumilikdə 10 min 79 nəfər məhkum olunan şəxs barəsində tətbiq edilib. Onlardan 9538-i kişi, 541-i qadın, o cümlədən 97-si yetkinlik yaşına çatmayan şəxslər olub”, - deyə Z.Qaralov deyib.

Onun sözlərinə görə, həmçinin amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2 milyon 344 min 797 manat məbləğində cəriməni ödəməkdən azad olunub. 


ucarliyiq.biz