» » » Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib – FOTO

Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib – FOTO

Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib – FOTO

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, konfransın açılışında çıxış edən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov deyib ki, islam ölkələrinin jurnalistlərini bir araya gətirən qurumun yaradılmasına ehtiyac var.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasının dəstəklənməsini zəruri sayıb və bu konfransın bu Assosiasiyanın yaradılması niyyəti ilə keçirildiyini nəzərə çatdırıb.

Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed Al-Had islam dininin həmrəylik dini olduğunu bildirib:

“Başqalarına islamın ali məqsədlərinə ziyan yetirməyə imkan verməməliyik. Bəzən islama məxsus olmayan dəyərləri ona aid etməyə cəhd edirlər”.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Musaid Biin İbrahim Vl-Sulaim isə ölkəsinin müsəlmanların problemlərinin həlli üçün heç vaxt səylərini əsirgəmədiyini söyləyib: “Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının birinci konfransına uğurlar arzulayıram”.

İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi qeyd edib ki, İranın Assosiasiyanın yaradılmasını dəstəkləyir:

“İnanıram ki, bu Assosiasiya islam aləmini dünyada düzgün təmsil edəcək, islamofobiyanın qarşısının alınmasına xidmət edəcək. Yaxın Şərq dünyəvi dinlərin beşiyidir. Hazırda burada dinlərarası ziddiyyət cücərərək inkişaf edir. KİV-lərə gəlincə, çox zaman görürük ki, sosial şəbəkələr KİV-lərin məlumat yayma sahəsində inhisarına son qoyub. Bu da müəyyən pozucu fəaliyyətlərə yol açır.

KİV-lər bu gün keçid dövrünü yaşayır. Ona görə də xoş məramı nümayiş etdirmək zamanı çatıb. KİV-lər bu sahədə mühüm rola malikdir. Müsəlman ölkələrinin bəzilərinin ərazilərinin işğal edilməsi, Suriyada, Yəməndə qətliamların törədilməsinə son qoyulmalıdır, bu sahədə cəhdlərin qarşısı vaxtında alınmalıdır. İran zorakılıq və ekstremizmə qarşı birgə fəaliyyət təklif edir”.

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Meral Barlas isə KİV-lərin məsuliyyətli olmasını zəruri sayıb:

“Türkiyə və Azərbaycan mediası arasında sıx əlaqə var. Günümüzdə birtərəfli yayıma üstünlük verən Qərb mediası var. Dağlıq Qarabağ, Kipr kimi problemlər də beynəlxalq ictimaiyyətə yanlış şəkildə çatdırılır. Bu baxımdan müvafiq platformaların yaradılmasını dəstəkləyirik. Konfransa uğurlar arzulayıram”.

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bəy Fananie KİV-in demokratiyanın onurğa sütunu olduğunu vurğulayıb:

“İslamla bağlı mənfi səpkidə bir çox fikirlər səsləndirilir. Xüsusən Qərb ölkələri İndoneziyaya baxanda, İslamın alternativ formasını görürlər. İndoneziya dünyanın müsəlmanlar yaşayan ən böyük məmləkətidir, yeni və demokratik dəyərlər sistemində yaşayır. Biz İslamın ölkələrə yardım və töhfə verdiyini görürük.

Bu gün İndoneziya dünyanın 20 ən nəhəng ölkəsi sırasındadır, Çin və Hindistandan sonra ən sürətli inkişafa malik ölkədir. Yaxın vaxtlarda İndoneziya Böyük Britaniya və Kanadanı ümumdaxili məhsulun həcminə görə keçəcək. İndoneziya və Azərbaycan bir-birini dəstəkləyir. İndoneziya radikalizm səylərini neytrallaşdıraraq mülayim mövqedən çıxış edir. Cənubi Qafqazın ən böyük iqtisadi sistemi olan Azərbaycanla İndoneziya arasında əlaqələri inkişaf etdirməliyik”.

İranqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fazil Əl-Şübeyli isə terroru dəstəkləyən ölkələrin dünyada İslam haqqında rəyi dəyişdirdiyini vurğulayıb: “İslam tolerantlığı təbliğ edir. Azərbaycan da tolerant bir ölkədir və Roma Papası Fransiskin səfəri bunun nümunəsidir. İnformasiya məsələsinə xüsusi diqqət yetirməliyik. İnformasiya mədəniyyətin təbliğində əsas rol oynayır”.

Sonra İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov: “İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaranma zərurəti, məqsəd və vəzifələri” mövzusunda məruzə ilə çıxış edib. Konfrans çıxışlarla davam edib.

Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib – FOTO

Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib – FOTO

Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib – FOTO

Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının konfransı keçirilib – FOTO

.

ucarliyiq.biz