» » » Ölkə çaylarında suyun səviyyəsi azalıb

Ölkə çaylarında suyun səviyyəsi azalıb

Ölkə çaylarında suyun səviyyəsi azalıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-210, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-a verilən məlumata görə, oktyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla, ongünlük normanın 80 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 107 m3/s olmaqla, ongünlük normanın 66 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 32 m3/s təşkil edərək ongünlük normanın 33 faizini təşkil edib.

Oktyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində, əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 sm, Bankədə 3 və Araz çayının Novruzlu məntəqəsində isə 14 sm azalma qeydə alınıb. Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 486 (2015-ci il oktyabrın 3-də 318 sm), Salyanda 340 (2015-ci il oktyabrın 3-də 120 sm), Bankədə 246 (2015-ci il oktyabrın 3-də 157 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2015-ci il oktyabrın 3-də 32 sm) təşkil edir.

.

ucarliyiq.biz