» » » Bakıda Koreya Respublikasının milli bayramı qeyd edilib

Bakıda Koreya Respublikasının milli bayramı qeyd edilib

Bakıda Koreya Respublikasının milli bayramı qeyd edilib

Oktyabrın 3-də Bakıda Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Ucarliyiq.biz xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. 

Azərbaycan ilə Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasından 24 il keçdiyini vurğulayan səfir siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluğunu bildirib. O, həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov iki ölkənin münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğunu deyib. O bildirib ki, imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün əlverişli qanuni baza yaradıb. Bu il Seulda Koreya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının keçirilməsi əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Tədbirdə rəsmi şəxslər, səfirlər, deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Bakıda Koreya Respublikasının milli bayramı qeyd edilib

Bakıda Koreya Respublikasının milli bayramı qeyd edilib

.
ucarliyiq.biz