» » » Məktəbəhazırlıq üçün kitablar pulla satılır – VİDEO

Məktəbəhazırlıq üçün kitablar pulla satılır – VİDEO

Məktəbəhazırlıq üçün kitablar pulla satılır – VİDEO

Təhsil Nazirliyi isə əmin edir ki, yaxın gələcəkdə bu cür dərs vəsaitləri pulsuz olacaq.

Dərslərin yeni başlanmasına baxmayaraq, ancaq hələ də məktəb tərəfindən qruplara kitab paylanmadığından valideynlər multimediya tədris resurslarını özləri almağa məcbur olublar. 

Baxmayaraq ki, orta məktəb şagirdləri üçün dərs vəsaitləri pulsuz paylanılır.

Məktəbəhazırlıq məşğələləri üçün “Nitqin inkişafı”, “Ətraf aləmlə tanışlıq”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət” olmaqla 4 kitab komplekt şəkildə satılır.

Müəlimllər valideynlərə kitabların məktəb tərəfindən verilməyəcəyini və özlərinin almalı olduqlarını bildiriblər.

Məktəbəhazırlıq üçün nəzərdə tutulan 17 manatlıq kitab dəstinin baha olduğunu düşünən əksər valideynlər isə daha ucuz başa gəlsin deyə onları tək-tək almağa başlayıblar. 

Təhsil Nazirliyindən isə bildirilir ki, təkcə Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına yazılan uşaqların sayı 20 mini ötüb:

“Bölgələrdə isə onların sayı iki dəfədən də çoxdur. Elə valideyn var ki, uşağın adını məktəbə hələ yeni yazdırır. Hazırda Təhsil Nazirliyi tərəfindən uşaqların siyahısı dəqiqləşdirilir. 

Məktəbəhazırlıq məşğələləri ölkə üzrə yeni təcrübə olduğundan işlər ona görə uzanır. Yaxın gələcəkdə orta məktəbdə olduğu kimi, məktəbəhazırlıq qruplarının uşaqları üçün də kitablar pulsuz veriləcək”, - deyə nazirlikdən qeyd edilib. 

Ucarliyiq.biz “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

ucarliyiq.biz