» » » Rəqəmsəl yayıma keçid çanaq antenalarına təsir edəcəkmi? – VİDEO

Rəqəmsəl yayıma keçid çanaq antenalarına təsir edəcəkmi? – VİDEO

Rəqəmsəl yayıma keçid çanaq antenalarına təsir edəcəkmi? – VİDEO

Dekabr ayının 1-dən etibarən ölkədə analoq yayımın dayandırılması və rəqəmsəl yayıma keçilməsi ilə bağlı qərar vətəndaşlarda məlumatsızlıqldan bəzi çaşqınlıqlar yaradıb.  

Mütəxəssislər bu narahatlığı əsassız hesab edir. Onlar bildiriblər ki, analoq yayımın dayandırılmasının çanaq antenalarına heç bir aidiyyatı yoxdur.

İnformasiya texnologiyaları mütəxəssisi Osman Gündüzün sözlərinə görə, sadəcə vaxt keçdikcə insanların yaşayış binalarını görnüşü ilə pozan çanaq antenalarına marağı azalacaq. 

O qeyd edib ki, rəqamsal yayım tezliyində pullu kanallarla yanaşı pulsuz və daha sərfəli paketlərin də hazırlanması nəzərdə tutulub. Rəqəmsal yayıma keçidlə bağlı proses dekabrın 1-dən başlasa da bəz bölgələrdə bu yubana bilər.

Milli Televiziya və Radio Şurasından bildiriblər ki, rəqəmsəl yayıma keçidlə bağlı infrastukturu olmayan bölgələr üçün vericilər sifariş verilib. 

Rəqəmsal yayıma keçid ölkə ərazisininin 99%-ni əhatə edəcək.

Ucarliyiq.biz “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


ucarliyiq.biz