» » » Baş pediatr: Körpələrin həyatını 5-10 manata satmaq olmaz

Baş pediatr: Körpələrin həyatını 5-10 manata satmaq olmaz

Baş pediatr: Körpələrin həyatını 5-10 manata satmaq olmaz

“Hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edirlər. Həmin şirkətlərin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz".

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

Baş pediatr bildirib ki, bəzən həkimlər də süni qida şirkətlərinin, mənəviyyatsız işlərin qurbanına çevrilir.

N.Quliyev qeyd edib ki, belə hallara qarşı Səhiyyə Nazirliyi tərəfindən çox ciddi işlər aparılır.

Baş pediatr vurğulayıb ki, ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər: “Ana südünün əvəzləyicinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib. Bu, çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı”.

.

ucarliyiq.biz