» » » Yeznəsiylə qaçan 15 yaşlı qızın atası açıqlama verdi – FOTO

Yeznəsiylə qaçan 15 yaşlı qızın atası açıqlama verdi – FOTO

Yeznəsiylə qaçan 15 yaşlı qızın atası açıqlama verdi – FOTO

Cəlilabad rayonunda 15 yaşlı qızın qaçırılması bir neçə gündür ölkə mediasının əsas müzakirə mövzusudur. Rayonun Mikayıllı kənd sakini Ələmdar Məmmədov Məmmədrzalı kəndindən olan 14 yaşlı baldızı Gülbahar Əhmədovanı (ad şərtidir-red) qaçırdıb. 

Ucarliyiq.biz xəbər verir ki, Ölkə.Az sözügedən məsələylə bağlı qaçırılan qızın atası Ramil Yusubovu redaksiyaya dəvət edib.

Onun sözlərinə görə, son məlumata görə, qızı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində görüblər.  

“Mən özüm də yeznəyəm. İnsan öz qaynanasına, baldızına, qaynatasına necə münasibət bəsləyər? Mənim bu gün sabah əlli yaşım tamam olur. Bu yaşımda istənilən azyaşlı qızı iki konfetlə yoldan çıxara bilərəm. Yəni bunu etmək asandır, amma əclaflıqdır axı... Zəngləri araşdırmışam. Qızım qaçan ərəfədə yeganə əlaqəsi olduğu şəxs yeznəm olub. İmanımı yandıra bilmərəm, amma nömrələrə əsasən deyirəm. Burada gizlədiləsi bir şey yoxdur. Son on günün telefon danışıqlarını çıxartdırmışam, qızımla yeznəmin telefon əlaqələri olub.

Mən ürəyi xəstə adamam. Gör mən nə qədər əclaf, şərəfsiz ata olmalıyam ki, bu duruma razılaşım?! Mənim bir tikə çörəyim yoxdur ki, qızım evimdə yesin? Onu hansı şərəfsiz ata edər? Onda gərək ip alam Bakı şəhərində özümü asam.

Mən ona ən ağır cəzanın verilməyini istəyirəm. Burada barışıq söhbəti ola bilməz. El-oba içində, Azərbaycanda biabır olmuşam, o mənim şəxsiyyətimə, mənliyimə, namusuma, qeyrətimə ləkə vurub”.

Yeznəsiylə qaçan 15 yaşlı qızın atası açıqlama verdi – FOTO

Yeznəsiylə qaçan 15 yaşlı qızın atası açıqlama verdi – FOTO

.
ucarliyiq.biz