» » » Xanım sürücü avtomobilini polisin üzərinə sürdü – VİDEO

Xanım sürücü avtomobilini polisin üzərinə sürdü – VİDEO

Xanım sürücü avtomobilini polisin üzərinə sürdü – VİDEO

Polislə xanım sürücü arasında baş verən mübahisə nəticəsində yolda böyük tıxac yaranıb.

Bakıda xanım sürücü avtomobilini polisin üstünə sürüb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə missiya.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, polislərlə xanım sürücü arasında mübahisə Milli Məclisin arxasında yerləşən Abbasqulu Abbaszadə küçəsində baş verib. Belə ki, YPX-nin əməkdaşları axşam saatlarında küçədə rəsmi tədbirlə əlaqədar nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

Bu səbəbdən Milli Məclisin arxası ilə Şəhidlər xiyabanına tərəf gedən avtomobillərin hərəkət istiqaməti dəyişdirilib. Sürücülərə digər istiqamətlərdə hərəkət etmələri məsləhət görülüb. Bundan sonra isə polis yolu xüsusi maneələrlə bağlayıb. Sürücülərin əksəriyyəti yol polisinin göstərişi ilə digər istiqamətlərdə hərəkət etsələr də, xanım sürücülərdən biri qanuni əmrə tabe olmayaraq bağlı yolla hərəkət etmək istəyib.

“KİA” markalı maşının sükanı arxasında əyləşən xanım polislər yolu bağladığı üçün onlarla mübahisə edib. Maşını yüksək sürətlə polis əməkdaşlarının üzərinə sürən qadın ətrafdakılara və polislərə qorxulu anlar yaşadıb.

Polislər çox çalışsalar da, xanım sürücünü dayandıra bilməyiblər. Sürücü polis maneəsini zorla aşdıqdan sonra yüksək sürətlə yoluna davam edib. Yol polisləri isə qanunu pozan xanımı saxlamaq üçün xidməti avtomobilləri ilə hərəkətə keçiblər. Polislə xanım sürücü arasında baş verən mübahisə nəticəsində yolda böyük tıxac yaranıb.

.

ucarliyiq.biz