» » » Sabah hava mülayim olacaq

Sabah hava mülayim olacaq

Sabah hava mülayim olacaq

Bakı və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucarliyiq.biz-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 15-18° isti, gündüz  21-26°, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-55% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16°, gündüz 22-27°, dağlarda gecə 7-12°, gündüz 17-22° isti olacağı gözlənilir.

.

ucarliyiq.biz