» » » Müəllim müəllimə zamin durdu, başına iş gəldi – VİDEO

Müəllim müəllimə zamin durdu, başına iş gəldi – VİDEO

Müəllim müəllimə zamin durdu, başına iş gəldi – VİDEO

Bərdədə məskunlaşan məcburi köçkün Nizaməddin Məmmədov bankdan kredit götürən müəllim həmkarına zamin durub. Həmin şəxs aylıq ödənişi gecikdirdiyindən Nizaməddin Məmmədovun “çörək pulu”, yəni müavinəti kəsilib.

Cəmi 1 aydır banka borcunu ödəməyən əsas borclu məhkəməyə verilmədən, hər hansı qərar qəbul edilmədən onun və zaminin əmək haqqı hesabından və müavinətdən borc məbləği çıxılıb.

Hüquqşünas Anar Ramazanlı deyir ki, borcluya, eyni zamanda zaminə qarşı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdursa, bank kredit müqaviləsində nəzərdə tutulan məbləği nə borclu, nə də zaminin digər gəlirlərindən götürə bilməz. Bu o deməkdir ki, borclu və ya zaminin nə əmək haqqından, nə də digər gəlirlərindən, məsələn, pensiya, müavinət, “çörək pulu”ndan hər hansı məbləğlər tutulmamalıdır.

Üstəlik Nizaməddin Məmmədov əlavə edir ki, müavinət hesabında qarşıdakı ayların ödənişinə də mənfi işarəsi qoyulub. Yəni zamin durduğu adamın əvəzinə hər ay onun “çörək pulu” kəsiləcək.

Ucarliyiq.biz “Xəzər xəbər”ə mövzu ilə bağlı ətraflı videomaterialını təqdim edir:


ucarliyiq.biz