» » » Yeniyetmə doğum günündə özünü asdı

Yeniyetmə doğum günündə özünü asdı

Yeniyetmə doğum günündə özünü asdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

Ucarliyiq.biz-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, 2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb. 

Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı vəziyyətdə aşkarlayıblar. 

Lent.az-ın əldə etdiyi məlumata görə, dünən A.Qəniyeva 15 yaşı tamam olub. Onun niyə məhz doğum günündə həyatına son qoyması məlum deyil. A.Qəniyeva orta məktəbin 10-cu sinif şagirdi olub.

N.O.