» » » Bakıda “Zabitlər bağı”ndakı “iblispərəstin” əhvalatının davamı - VİDEO

Bakıda “Zabitlər bağı”ndakı “iblispərəstin” əhvalatının davamı - VİDEO

Bakıda “Zabitlər bağı”ndakı “iblispərəstin” əhvalatının davamı - VİDEO

Bakıda “Zabitlər bağı”nın qəddar işçisinin itləri parkın yaxınlığında olan inşaat ərazisindəki təməl üçün qazılmış dərəyə atmağı barədə xəbər “Facebook” sayəsində sürətlə yayılaraq ictimaiyyət tərəfindən ən çox müzakirə edilən mövzuya çevrildi.

Ucarliyiq.biz bu barədə 1news.az-a istinadən xəbər verir. 

Xatırladaq ki, Günel Ələkbərova (nikname – Kainat günəşi) tərəfindən “Heyvanlara təmənnasız yardım” qrupunda heyvanlara qarşı qəddar münasibət barədə danışılan videoçarx yerləşdirilmişdi. 

“Bu vəhşi, iti dəyənəklə döyürdü, mən mane oldum. Bundan sonra o, iti sürükləyərək yolu keçirib apardı”, - yerləşdirdiyi videoçarxın altında qadın yazıb. 

Onun sözlərinə görə, heyvanı döyən adamı görən qadın ona mane olmağa çalışıb, parkda olanlardan heç kim qadına dəstək olmayıb. 

“Mən üç dəfə polisə zəng etdim. Amma qanun keşikçiləri mənim zəngimə çox qəribə yanaşdılar. Onlar “Sizin iti döyürlər? -Yox? - O zaman nə problem var?” dedilər. 

Ümumiyyətlə, Azərbaycanda heyvanlara qarşı qəddar münasibətə görə 500 manat məbləğində cərimə nəzərdə tutulan cəza mövcuddur.

Mən təkidlə onların gəlməyini istədim. Amma nahaq yerə: onlar gəlmədilər. Bununla yanaşı, iti qəddarcasına döyən adam heç kimdən və heç nədən qorxmadığını bildirirdi. 

Axşam saatlarında parka heyvanları müdafiə edən fəallar gəldikdə və polisdən yardım xahiş edildikdə onun günün əvvəlində nümayiş etdirdiyi “qorxmazlığı” ikinci plana keçdi. O, nəinki iti hara atdığını göstərdi, hətta heyvanı oradan çıxarası oldu”, - Günel xanım bildirib. 

Bakıda “Zabitlər bağı”ndakı “iblispərəstin” əhvalatının davamı - VİDEO

“Öz hərəkətlərinə adam çox qəribə izahat verib, “mən namaz qılanam, it isə mundardır” deyib. 

Bu bəyanat heç bir tənqidə layiq deyil, belə ki, İslamda heyvanlara zülm etmək yoxdur. Həm də bu insanın islama heç bir aidiyyəti yoxdur – bizim fəallar onun “Facebook”da profilini tapıblar, bu profildən onun özünü “İllüminantlara” aid etdiyi bilinir (kiçik arayış: “İllüminantlar” okult-fəlsəfi məğzli və mistik xarakterli birlikdir - red.)

Bu əsas deyil! Aydındır ki, o, sadəcə murdar hərəkətinə bəraət qazandırmaq istəyirdi. Amma bunu niyə din pərdəsi altında etmək istəyirdi? Bu, aydın deyil” - ədalətli olaraq G.Ələkbərova bildirib. 

Qrupda şərh yazanlar içində heç də az tanışı olmayan gəncin belə davranışı sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Bir çoxları belə insana uşaqlarla işləmək üçün necə icazə verildiyinə (o attraksion parklarından birində çalışır), digərləri isə onun sadəcə heyvanlara qəddar davranmaqla yanaşı, həm də iblispərəst olduğundan narahat olurdular. Öz narahatlıqlarına təsdiq kimi həmin şəxsin “Facebook” səhifəsindən edilən skrinləri paylaşmışdılar. Həmin skrinlərdə gəncin əlində it kəlləsi tutduğu qəbiristanlıqda çəkilən şəkilləri var idi. Amma hamını maraqlandıran suala hərəkətinin niyə dinlə əlaqələndirdiyi idi. 

“İslamın onun heyvanlara olan nifrətinə nə aidiyyəti var? Axı onun islam dininin heyvanlara qarşı qəddar davranmağa icazə verdiyini iddia etməyə nə haqqı var?”, - şərhlərdə yazılmışdı.

“Amma heyvanlara nifrət edənlərin çoxu, əsasən da dog-heyterlər insanlığa sığmayan hərəkətlərini islamda itlərin “natəmiz heyvan” hesab olması ilə izah edirlər.

Axı niyə ruhanilərdən heç kim çıxış edib, onların yanlış hərəkət etdiklərini izah etmir. Niyə heç kim heyvanlara zülmün islamda qadağan olunduğunu bəyan etmir?”.

Axı Məhəmməd peyğəmbər də “Qan tökmək, ağac kəsmək və canlıları öldürmək olmaz” deyirdi.

Biz bu vəziyyəti Hacı Mir Mehdidən şərh etməyi xahiş etdik.

- Bismillahi rəhmani rəhim. Heyvanlar da Allahın yaratdıqlarıdır. Heç kimin onlarla qəddar davranmaq haqqı yoxdur. İnsan – Allah-təalanın yaratdığı ali varlıqdır, onun şüuru var. Bununla Allah insanı heyvandan fərqləndirib. İnsan düşünə və hiss edə bilir. 

Hədislərdən birində Allahın bir dəfə Musa peyğəmbərə: “Get mənə səndə ikrah doğuran bir şey gətir” deyib. 

Musa uzun müddət səhrada gəzib və Allahın istəyinə uyğun heç bir şey tapmayıb. Nəhayət o, artıq çürüməyə paşlayan it leşi görüb. Musa məhz bunu Allaha aparacağını düşünüb və leşə ip keçirərək ardınca sürüyüb. Amma yolda o birdən ipi açıb. Allah ondan “Səndə ikrah hissi doğuranı mənə gətirdinmi?”. Cavab olaraq Musa “Uca Allahım, mən sənə özümü gətirdim” deyib. Allah “Sən o heyvanı gətirsəydin, mən səni cəzalandıracaqdım” deyib.

Bu hədis Allahın insanın özünü heç kimdən, hətta ölmüş və yarıçürümüş heyvandan belə üstün tutmasını istəmədiyini göstərir. 

Bir hədisi də misal çəkə bilərəm.

Bir nəfər Məhəmməd peyğəmbərin yanına gəlir və deyir: “Mənim pulum o qədər çoxdur ki, onları hara xərcləyəcəyimi bilmirəm”. Peyğəmbər cavabında, yolda gedərkən quru lavaş yeməyi məsləhət görür. Bir müddət sonra adam yenidən peyğəmbərin yanına gəlir, işlərinin necə olduğunu soruşan peyğəmbərə “indi pulum daha çoxdur” deyir. Səbəbini soruşduqda isə o, “Mən yolda lavaş yeyərkən, ətəyimi tuturam ki, yerə xırdaları tökülməsin və ayağıma isə zınqrov bağlayıram ki, təsadüfən qarışqa tapdalamayım, onlar səsi eşidib qaçsınlar” deyib. 

Bakıda “Zabitlər bağı”ndakı “iblispərəstin” əhvalatının davamı - VİDEO
Bakıda “Zabitlər bağı”ndakı “iblispərəstin” əhvalatının davamı - VİDEO

İslam heyvanları və həşəratları Allahın yaratdığını və onları qorumaq lazım olduğunu öyrədir. 

“Əl-Kahf” (Mağara) surəsində yanında it olan insanların mağaraya girməsindən danışılır. “Qurani-Kərim”də də yazılıb “Onların neçə nəfər olduğunu axtarmaq lazım deyil – altı və yanlarında bir it və ya yeddi və yanlarıdan bir it. İnsanlar və yanlarında it var idi”. 

Müqəddəs kitabın bütün hədislərində insanın rəhmli və ədalətli olması yazılır. İti də Allah yaradıb. O, iti və digər heyvanları təbiət üçün yaradıb insan üçün yox. Bəli it islamda natəmiz heyvan hesab edilir, amma bu sadəcə ona toxunduqdan sonra əllərini yumaq lazım olduğu deməkdir. Bu heç bir halda itə zülm etməyə icazə anlayışına gəlmir.  

İslamda heyvanlara zülmə icazə oldğunu deyən şəxslər islamdan xəbəri yoxdur. İslam - ən sülhsevər dindir, islamda kimin yaşamağa haqqı olduğunu, kimin isə ölməli olduğunu həll edən, özünü yerin tanrısı sayanları qəbul etmir. Belə insalar islamdan xəbərsizdirlər”, - Hacı sözünü yekunladırıb.  
Qanun qanundur.

Dünən axşam heyvansevərlər Zabitər parkında toplaşıblar, Bakı polis idarəsinin rəisi Mirqafar Seyidovun adına ərizə yazmaq üçün toplaşıblar. Ərizədə onlar heyvanlara zülm edən şəxsin məsuliyyətə cəlb edilməsi və cəzalandırılmasını xahiş ediblər.

Xatırladaq ki, Milli Məclisin plenar iclasında qəbul edilmiş Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 126-cı maddəsində dəyişikliklərə görə, heyvanlara qarşı qəddar münasibətə görə cərimənin həcmi 10 dəfə artırılıb. Bundna başqa hazırda ölkədə sahibsiz heyvanların vurulması qadağan edilib, amma onalrın strelizə edilməsi və vaksinasiyası məsələsi hələ də həll edilməyib.   

Daxili işlər nazirliyində hadisə şərh edəilərkən qeyd edilib ki, heyvanların müdafiəsi mühüm məsələdir.  

“Belə hallarda polisə müraciət əsaslı və hüquqidir. Bu halda da polis əməkdaşalrı könüllülərin yardımına gəlib. 
 
Mirqafar Seyidovun adına yazılmış ərizə isə alınıb və hadisəyə hüquqi qiymət vermək üçün bu istiqamətdə artıq araşdıramalar aparılır”, - DİN-də bildiriblər, bununla yanaşı əgər araşdırma zamanı bəzi polis əməkdaşlarının bu qəbildən olan müraciətlərə məsuliyyətsiz yanaşdığı üzə çıxarsa, onalrın cəzalandırılacağı da əlavə edilib. 

“Heyvanlara qarşı qəddar davranış inzibati cəza nəzrədə tutur və əgər gəncin günahı sübut edilərsə, onu böyük məbləğdə cərimə gözləyir”, - polisdə qeyd ediblər. 

Hadisələrin gedişatı barədə oxuculara mütləq məlumat veriləcək.


ucarliyiq.biz