» » » Ağalarovun obyektində partlayıcı tapıldı – FOTO

Ağalarovun obyektində partlayıcı tapıldı – FOTO

Ağalarovun obyektində partlayıcı tapıldı – FOTO

Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən “Krokus Ekspo” mərkəzində partlayıcı maddəni operativ şəkildə aşkar edərək zərərsizləşdiriblər.

Ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, “Krokus”da çantanın içərisində kustar üsulla hazırlanmış partlayıcı maddə tapılıb.

Məlumata əsasən, maddə mərkəzdəki ayaqyolulardan birində aşkar edilib. Bəzi mənbələrə əsasən, bu üsulla cinayətkarlar hazır partlayıcı maddəni bir-birlərinə ötürmək istəyiblər.

“Federal Təhlükəsizlik Xidmətinə (FTX) məlumat daxil olmuşdu ki, “Krokus Ekspo”da terror aktı hazırlanır. Bundan sonra hadisə yerinə xüsusi texnika, minaaxtaranlar və kinoloqlar cəlb edilmişdi. Mərkəzin qonaqları və əməkdaşları təxliyə edilib”, - bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mərkəzdə olanlar tam təxliyə edildikdən sonra xüsusi xidmət orqanlarının əməkdaşları partlayıcı maddəni götürərək FTX-nin laboratoriyasına aparıblar. Burada həmin maddənin tərkibi aydınlaşdırılacaq.

Partlayıcı maddənin fotoşəkli də dərc olunub. Qeyd edilir ki, fotoda görünən qurğunun yalnız bir hissəsidir.

Qeyd edək ki, “Krokus Ekspo” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Ağalarovun obyektində partlayıcı tapıldı – FOTO

A.S.
ucarliyiq.biz