» » » Onlarla həkim sertifikasiya imtahanından keçə bilməyib

Onlarla həkim sertifikasiya imtahanından keçə bilməyib

Onlarla həkim sertifikasiya imtahanından keçə bilməyib

Səhiyyə Nazirliyinin 5 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb. 

Ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə görə, imtahanda 168 həkim iştirak edib, onlardan 31-i imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.


ucarliyiq.biz