» » » Hacı Surxay məhərrəmliyə etiraz edən müğənnini canlı yayımda biabır etdi – VİDEO

Hacı Surxay məhərrəmliyə etiraz edən müğənnini canlı yayımda biabır etdi – VİDEO

Hacı Surxay məhərrəmliyə etiraz edən müğənnini canlı yayımda biabır etdi – VİDEO

“Axı biz niyə şəriət qanunları ilə yaşamalıyıq? Niyə ərəbin və farsın yasını tutmalıyıq? Niyə öz türklüyümüzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?”

Ucarliyiq.biz xəbər verir ki, Azxeber.com saytının məlumatına görə, bu sözləri müğənni Vüqar Muradov yazıb.

İfaçı məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb: “Söhbət Qurandan gedirsə, orada yas saxlamaq yoxdur. Niyə insanlar özlərini müsəlman adlandırırlar? Yas saxlamalı olsa, mən Babək Xürrəmimə, 20 Yanvar, Qarabağ şəhidlərimə yas saxlayaram. Bu hansı qanunda var?

Deyirlər, Vüqar, danışma, tanınan adamsan, sənə qarşı antipatiya, nifrət olacaq, toyların azalacaq... Niyə 2 ay ofisiant, gülsatan, xadimə, yeməkbişirən, pomidor-xiyar, paltar satan, müğənni, musiqiçi, ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?”

Müğənnini bu sözlərinə cavab gecikməyib. Hacı Surxay ATV-telekanalında yayımlanan “Bizimləsən” verilişində cavab verib. O müğənnini sərt tənqid edib və deyib ki, necə olur ki, 11 ay müğənni vergidən yayınır, dövləti aldadır, ancaq müqəddəs 1 ayı insanlara çox görür.

.

ucarliyiq.biz