» » » Azərbaycan-Norveç oyunu ərəfəsində faciə baş verdi – FOTO

Azərbaycan-Norveç oyunu ərəfəsində faciə baş verdi – FOTO

Azərbaycan-Norveç oyunu ərəfəsində faciə baş verdi – FOTO

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan-Norveç, oyununa baxmağa gələn azarkeşlərdən biri stadiona gedən yolda yıxılıb.

Ucarliyiq.biz Futbol11.az saytına istinadən xəbər verir ki, körpüdən yıxılan azarkeş Nahidov Nahiddir.

Hadisədən dərhal sonra 3 saylı Sabunçu Klinik Xəstəxanasına aparılan Nahidovun vəziyyəti ağırdı.

Məlumatı onun aparıldığı xəstəxanadan da təsdiqləyiblər.

Qeyd edək ki, bu hal sözügedən körpüdə yaşanan birinci hadisə deyil. Belə ki, bu ilin mayında Bakı Olimpiya Stadionunda baş tutan Azərbaycan-Portuqaliya oyunundan qayıdan azarkeş həmin yerdən yıxılaraq vəfat etmişdi.

Azərbaycan-Norveç oyunu ərəfəsində faciə baş verdi – FOTO

Azərbaycan-Norveç oyunu ərəfəsində faciə baş verdi – FOTO

.

ucarliyiq.biz