» » » Yol polisi Aşura günü ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi Aşura günü ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi Aşura günü ilə bağlı sürücülərə müraciət etdi

“Tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.

Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində məcsidlərin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndiriləcək.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Avtosfer.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: “Sürücülərə tövsiyə edirik ki, məscidlərin ətrafında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.

.

ucarliyiq.biz