» » » Devalvasiyadan sonra stress keçirənlərin sayı artıb

Devalvasiyadan sonra stress keçirənlərin sayı artıb

Devalvasiyadan sonra stress keçirənlərin sayı artıb

Azərbaycanda devalvasiyadan sonra psixi sağlamlıqla bağlı müraciət edənlərin sayı artıb.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Rüstəm Salayev deyib ki, devalvasiyadan sonra psixoloji müayinə üçün mərkəzə müraciət edən kişilərin sayında 30-40 faiz artım qeydə alınıb.

Onun sözlərinə görə, son zamanlar daha çox gənclər, xüsusilə, 25-30 yaşlı şəxslər mərkəzə müraciət edirlər:

“Onların həyat tərzi ilə bağlı stress keçirdiklərini güman edirik. Sonuncu iqtisadi böhran vəziyyətindən sonra bu hal daha da artıb. Səbəblər arasında ailə münaqişələri də var”.

R.Salayev qeyd edib ki, ay ərzində mərkəzə 1000-ə yaxın təkrar müraciətlər daxil olur.

.
ucarliyiq.biz