» » » Abşeron sakinləri aksiya keçirdi

Abşeron sakinləri aksiya keçirdi

Abşeron sakinləri aksiya keçirdi

Sakinlər təbii qazın verilməməsindən şikayətlənir.

Oktyabrın 9-da “Abşeron” Gənclər şəhərciyinin sakinləri etiraz aksiyası keçirib. 

Ucarliyiq.biz Meydan TV-yə istinadən xəbər verir ki, sakinlər “Akkord” Şirkətlər Qrupunun tikdiyi binaların keyfiyyətsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, 5 ildir şirkət vəd versə də, binalar mavi yanacaqla təmin edilmir. 

Hadisə yerinə gələn “Azəriqaz” əməkdaşı “Akkord”un onlara 1 milyon manata yaxın borcu olduğunu və bu günə qədər “Azəriqaz” tərəfindən göstərilən xidmətə görə şirkətin ödəniş etmədiyini bildirib.

“Akkord” Şirkətlər Qrupu ilə əlaqə saxlamaq mümkün olmayıb.


ucarliyiq.biz