» » » Cəlilabadda şoka düşən gəlin evdən qaçdı – VİDEO

Cəlilabadda şoka düşən gəlin evdən qaçdı – VİDEO

Cəlilabadda şoka düşən gəlin evdən qaçdı – VİDEO

Bir neçə gün əvvəl Cəlilabadın Böyük Bəcravan kəndində Tarverdi Allahverdiyevə məxsus ev yanıb. Qəfldən başlayan yanğın tez bir zamanda bütün otaqları bürüyüb.

Hadisə zamanı otaqda evin 18 yaşlı gəlini Aysel Abbasova və ailənin gözdən əlil nənəsi olub. Yanğından xəbər tutan qonşular ailə üzvlərini xilas etsələr də, gəlin otağından başlayan yanğından həyəcanlanaraq evdən qaçıb.

Ailə üzvləri Ayselin tapılmadığını görüb hüquq mühafizə orqanlarına da məlumat veriblər. A.Abbasova hadisədən bir gün sonra Cəlilabad şəhərində tapılıb. 

Yanğınsöndürənlər bildiriblər ki, alov məhz gəlinin otağından başlayib. İlkin ehtimala görə Aysel bu hadisədən həyacanlanaraq qaçıb. 

Yanğın zamanı ailəyə yenicə gəlin gəlmiş Aysel Abasovanın cehizləri də tamamilə yanıb.

Ucarliyiq.biz “Xəzər xəbər”ə mövzu ilə bağlı ətraflı videomaterialını təqdim edir:


ucarliyiq.biz