» » » Xidmətdə olan yol polisini avtomobil vurdu

Xidmətdə olan yol polisini avtomobil vurdu

Xidmətdə olan yol polisini avtomobil vurdu

Gəncədə xidməti vəzifəsini həyata keçirən yol polisi əməkdaşını avtomobil vurub.

Ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

Xidmət zamanı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru Şakir Həsənov “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Xəsarət alan yol polisi əməkdaşı xəstəxanaya yerləşdirilib. Qəzanı törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


ucarliyiq.biz