» » » BANM tələbənin intihar etməsi ilə bağlı məlumat yaydı

BANM tələbənin intihar etməsi ilə bağlı məlumat yaydı

BANM tələbənin intihar etməsi ilə bağlı məlumat yaydı

“Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib”.

Bu barədə Ucarliyiq.biz-a BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova bildirib.

Z. Kazımova deyib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

“İstintaq getdiyindən hadisənin səbəbləri barədə məlumat verilmir. Məlumata görə, o, son vaxtlar özünə qapanıb, son bir ayda dərslərdə iştirak etmyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb” – deyə, Z. Kazımova qeyd edib.

BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verir.

.
ucarliyiq.biz