» » » Bir gündə 6793 sürücü cərimələndi

Bir gündə 6793 sürücü cərimələndi

Bir gündə 6793 sürücü cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları təkcə bir gündə 6793 sürücünün inzibati xəta törətdiyini aşkar edib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Report-a idarədən məlumat verilib.

Məlumata görə, oktyabrın 10-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 45-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə, 4-ü isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.

Sürət həddini aşdığına görə 3114 sürücüyə elektron protokol (MMX) tərtib edilib.


ucarliyiq.biz