» » » Qaydanı pozan piyadalar cərimələnəcəklər – VİDEO

Qaydanı pozan piyadalar cərimələnəcəklər – VİDEO

Qaydanı pozan piyadalar cərimələnəcəklər – VİDEO

Xəbərdarlıqlara baxmayaraq, hələ də bir çox piyada yolu təyin edilməyən ərazidən keçir.

Yol-qəza hadisələrində piyada vurulması hallarının sayının artması yol polisini nəzarət tədbirlərini gücləndirməyə sövq edib. Hətta avtomobillə xidmət aparan yol polisləri də qayda pozan piyadaları cərimələyirlər. Cəmi bir neçə metrliyində piyada zolaqı və işıqfor olduğu halda, avtomobillərin sıx və sürətli hərəkət etdiyi ərazidən yolu keçməyə cəhd edirlər. Yolun ortasına keçdikdə isə qarşı tərəfdə polisin dayandığını görüb qoşa xəttin ortası ilə uzaqlaşmağa çalışırlar.

Ucarliyiq.biz Xəzər Xəbərə istinadən xəbər verir ki, xəbərdarlıqlara baxmayaraq, hələ də bir çox piyada yolu təyin edilməyən ərazidən keçir. Elə bunun nəticəsidir ki, bu ilin 9 ayı ərzində piyada vurma hallarını sayı 10 faiz artıb ki, belə qəzalarda da 81 nəfər dünyasını dəyişib.

Piyada vurmaların azalması üçün isə Bakı şəhərində xidmət aparan bütün yol polislərinə qayda pozan piyadalara qarşı nəzarətin gücləndirilməsi tapşırılıb. Xüsusən də ərazi üzrə avtomobillə xidmət aparan yol polisləri piyadalara qarşı cərimələr tətbiq edirlər.

.

ucarliyiq.biz