» » » Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında

Beynəlxalq İqtisadi Forum dünyanın ən təhlükəsiz ölkələrinin adını açıqlayıb.

Ucarliyiq.biz Modern.az-a istinadən xəbər verir ki, 141 ölkənin yer aldığı reytinqdə Azərbaycan 36-cı pillədə qərarlaşıb.

Dünyanın ən təhlükəsiz ölkəsi isə Finlandiya seçilib. Qətər 2-ci, Birləşmiş Ərəb Əmirlikləri 3-cü, İslandiya 4-cü və Avstriya 5-ci pillədə qərarlaşıb.

İlk onluqda Lüksemburq (6), Yeni Zelandiya (7), Sinqapur (8), Oman (9) və Portuqaliya (10) da yer alıb. Rusiya Beynəlxalq İqtisadi Forumun siyahısında 126-cı yerdə qərar tutub. Sonuncu yeri isə Suriya, Çad və Nigeriya bölüşdürüb.

Region dövlətlərindən Ermənistan 38-ci, Gürcüstan isə 32-ci pillədə yer alıb. Reytinq tərtib olunan zaman ölkələrdə cinayətkarlıq faizi, terror təhlükəsi və hüquq-mühafizə orqanları ilə vətəndaşların münasibətləri əsas götürülüb.

.

ucarliyiq.biz