» » » Məşhur qətldəki maşının nömrəsi satışa çıxarıldı - FOTO

Məşhur qətldəki maşının nömrəsi satışa çıxarıldı - FOTO

Məşhur qətldəki maşının nömrəsi satışa çıxarıldı - FOTO

Bir müddət əvvəl Qubada istirahət mərkəzində sevgilisi tərəfindən vəhşicəsinə qətlə yetirilən Könül Zalovanın avtomobilinin nömrəsi satışa çıxarılıb.

Ucarliyiq.biz Femida.az-a istinadən xəbər verir ki, elanda nömrənin qiyməti 11 min manat dəyərində müəyyən olunub.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün 2016-cı il yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzinə gedib.

Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də hmədovla K.Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisədən sonra isə K.Zalovanın meyiti tapılıb. Ehtimal olunur ki, hmədov K.Zalovanı boğaraq öldürüb, daha sonra isə K.Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Həyata keçirilən tədbirlər nəticəsində hmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Məşhur qətldəki maşının nömrəsi satışa çıxarıldı - FOTO

.

ucarliyiq.biz