» » » Azərbaycanda Qarabağdan bəhs edən animasiya roliki çəkilib – VİDEO

Azərbaycanda Qarabağdan bəhs edən animasiya roliki çəkilib – VİDEO

Azərbaycanda Qarabağdan bəhs edən animasiya roliki çəkilib – VİDEO

Tarixçilər sırf təsadüf nəticəsində 20 ildən sonra daş abidələrin Azərbaycan mədəni irsinə aid olduğunu müəyyən ediblər.

Ucarliyiq.biz xəbər verir ki, Azərbaycanda çox tez unudulmuş və ictimaiyyətə məlum olmayan tarixi abidələrin də istifadə olunduğu animasiya çarxı hazırlanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən bu çarxda işğal altındakı sözügedən bir sıra tarixi abidələr bərpa edilib. Tarixçi Ramin Əlizadənin və şərqşünas Vüsal Hətəmovun böyük köməkliyi sayəsində daş abidələrin birinin mənası və mahiyyəti tədqiq edilib, Azərbaycan mədəni irsinə aidiyyətliyi sübut olunub və bu səbəbdən də çarxda istifadə edilib.

Çarxın sujet xəttinin əsasında erməni aqressiyası nəticəsində öz el-obasını itirən oğlan uşağı daha sonra onun böyüyərək hərbçi timsalında Dağlıq Qarabağda erməni qəsbkarlarına qarşı hərbi əməliyyatlardan iştirakı durur. 

Bu videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Müasir təbliğat (3D qrafikası vasitəsilə Azərbaycan ictimaiyyətinin vətənpərvərlik ruhunun yüksəldilməsi)” layihəsi çərçivəsində hazırlanıb. 

N.O.