» » » Bu il “Semaşko”da ölənlərin sayı açıqlandı

Bu il “Semaşko”da ölənlərin sayı açıqlandı

Bu il “Semaşko”da ölənlərin sayı açıqlandı

“Kliniki Tibbi Mərkəzdə (KTM) ölənlərin sayı ilbəil azalır. Belə ki, 2015-ci ildə xəstəxanada ölənlərin sayı 250 nəfər idisə, bu il bu rəqəm azalaraq 156 olub”. 

Ucarliyiq.biz xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzi Baş həkimin müavini, cərrahiyyə şöbəsinin həkimi Adil Salahov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstələrin ölüm səbəbi, əsasən KTM-ə həyata uyğunlaşmayan travma, ürək-damar və qan sistemində ciddi problemlərlə daxil olmasıdır.

“Onların arasında avtoqəza, bıçaqlanma, uçqun nəticəsində ciddi xəsarət alan xəstələr üstünlük təşkil edirlər.

Bəzi hallarda xəstə bizə çox ağır vəziyyətdə müraciət edir. Əlavə olaraq rayonlarda ixtisaslaşmış həkimlər az olduğundan xəstənin müayinəsi dəqiq qoyula bilmir və xəstə ağır vəziyyətdə bizə müraciət edir”.

.
ucarliyiq.biz