» » » İşsizlərə sığorta pulu veriləcək – VİDEO

İşsizlərə sığorta pulu veriləcək – VİDEO

İşsizlərə sığorta pulu veriləcək – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlik üzrə icbari sığorta haqqında” yeni qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib. 

Lahiyəyə əsasən işdən çıxarılan da, öz ərizəsilə çıxan da sığorta ala biləcək.

İşsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq.

Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə əksinə, ödəniş azalacaq.

İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək. Bu imkan verəcək ki, işçilər iş yerini itirən zaman sığorta ala bilsinlər.

Ucarliyiq.biz “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


ucarliyiq.biz