» » » Göyçayda tibb işçiləri pambıq yığmağa aparıldı

Göyçayda tibb işçiləri pambıq yığmağa aparıldı

Göyçayda tibb işçiləri pambıq yığmağa aparıldı

Göyçay rayon Mərkəzi Xəstəxanasının səhifəsində səhiyyə işçilərinin pambıq yığımına cəlb edilməsi haqda məlumat ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Ucarliyiq.biz xəbər verir ki, Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AzVision.az-a faktı təsdiqləyib. 

Bildirib ki, rayon rəhbərliyinin göstərişinə əsasən, səhiyyə işçiləri pambıq yığımına kömək ediblər.

“Rayonun icra başçısı tərəfindən təklif irəli sürüldü ki, pambıq yığımına bütün müəssisələr tərəfindən kömək edilsin. Çünki güclü yağışlar başladığından pambıq vaxtında yığılmasa, məhsul xarab olacaq.

Bu səbəbdən digər kollektivlər kimi biz də pambıq yığımına cəlb olunduq. Həkimlər və tibb işçiləri pambıq yığımına getməyib. Aşağı vəzifəli tibb işçiləri köməyə cəlb olunub. Onlar iş vaxtından əlavə pambıq yığımına gediblər”, - deyə baş həkimin müavini vurğulayıb.

.
ucarliyiq.biz