» » » Azad Rəhimov öz şəxsi istifadəsi üçün yolu bağlayıb?

Azad Rəhimov öz şəxsi istifadəsi üçün yolu bağlayıb?

Azad Rəhimov öz şəxsi istifadəsi üçün yolu bağlayıb?

Gənclər və idman naziri Azad Rəhimovun öz şəxsi istifadəsi üçün Bədən Tərbiyəsi və İdman Akademiyasının arxasında olan yolu şlaqbaumla bağlanması haqda yayılan xəbərlərə aydınlıq gətirilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Ucarliyiq.biz-a bildirib ki, bu məlumat tamamilə yanlışdır.

“Ora Bədən Tərbiyəsi və İdman Akademiyasının arxa tərəfdən giriş və çıxışıdır. Maşınların çox sayda o ərazidən gedib-gəlməsi tələbələrin rahat keçməsinə mane olur. Məhz təhlükəsizliyi qorumaq məqsədi ilə ərazi bağlanılıb.

Həm ərazinin ölçüsü açıq şəkildə orada maşın və insanların rahat hərəkətinin mümkünsüzlüyünü göstərir”, - deyə S.Məmmədova vurğulayıb.

.
ucarliyiq.biz