» » » Avtobusda sərnişindaşımaya görə yeni cərimə tətbiq ediləcək

Avtobusda sərnişindaşımaya görə yeni cərimə tətbiq ediləcək

Avtobusda sərnişindaşımaya görə yeni cərimə tətbiq ediləcək

Azərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə cərimə ediləcək.

Ucarliyiq.biz-ın Report-a istinadən verdiyi xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişindaşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək.

Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına 20 manat cərimə tətbiq ediləcək.

Layihə səsə qoyularaq qəbul edilib.

N.O.

ucarliyiq.biz