» » » Azərbaycanda 1800 nəfər narkotikə görə cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda 1800 nəfər narkotikə görə cinayət məsuliyyətinə cəlb edilib

Azərbaycanda 1800 nəfər narkotikə görə cinayət məsuliyyətinə cəlb edilib

Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 628 fakt aşkar edilib. 

Bu barədə Ucarliyiq.biz-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Həmin faktlardan 667-si satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1 687-si satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 241-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 33-ü isə digərləri təşkil edib.

Cinayət məsuliyyətinə 1 800 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 129-u 18-25 yaşadək, 292-i 26-29 yaşadək, 1378-i 30 yaşdan yuxarı,11-i fəhlə, 5-i qulluqçu, 1645-i işləməyənlər, 1772-i kişilər, 28-i qadınlar, 19 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 12-i İran İslam Respublikası, 4-ü Gürcüstan, 1-i Hindistan,1-i Belarusiya, 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olub.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində 28 555 nəfər qeydiyyatda olub ki, onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20 036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2 017 nəfər yeni qeydiyyata götürülüb, 2 118 nəfər isə qeydiyyatdan çıxarılıb.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2016-cı ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 374 nəfər təşkil etmişdir ki, onlardan 365-i (97,5%) Azərbaycan vətəndaşı, 9-u (2,5%) isə əcnəbilərdir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1988-ci ildən 01 oktyabr 2016-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6 003 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 5 803-ü (97%) Azərbaycan vətəndaşı, 200-ü (3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4 459-u (74,3%) kişi, 1 544-ü (25%) qadındır.

İİV-ə yoluxması təsdiq olunmuş 6 003 nəfərdən 2 885-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib, onlardan 2 135 (74,5%) nəfər dispanser qeydiyyatındadır.

Oktyabrın 1-nə ART-yə cəlb olunan İİV-li xəstələrin ümumi sayı 3346 nəfər təşkil edib ki, onların da 1561 nəfəri İNİ- olub. Bu ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 386 pasiyentdən, 102 nəfərində İNİ aşkar edilib.

Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 20 056 nəfər keçib. Onlardan 715 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub və 358 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Həmçinin, car ilin 9 ayı ərzində 2083 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilib.

A.S.
ucarliyiq.biz