» » » Milli Məclisin növbəti iclası başlayıb

Milli Məclisin növbəti iclası başlayıb

Milli Məclisin növbəti iclası başlayıb

Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, iclasın gündəliyinə 30 məsələ daxil edilib.

Gündəlikdə “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Təhsil haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Dövlət rüsumu haqqında”, “Büdcə sistemi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Yol hərəkəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklər, eyni zamanda İnzibati Xətalar, Mülki Prosessual, Əmək Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri yer alıb.

.
ucarliyiq.biz