» » » Oqtay Şirəliyev yeni baş həkim təyin etdi

Oqtay Şirəliyev yeni baş həkim təyin etdi

Oqtay Şirəliyev yeni baş həkim təyin etdi

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib. 

Ucarliyiq.biz-ın Report-a istinadən məlumatına görə, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nın baş həkimi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, A.Hüseynov bundan əvvəl Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib. 

Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini  Novruz Abbasov tutub. O, bir müddət əvvəl işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.


ucarliyiq.biz