» » » Uşağı xilas etmiş yol polisini tanıyaq – FOTO + VİDEO

Uşağı xilas etmiş yol polisini tanıyaq – FOTO + VİDEO

Uşağı xilas etmiş yol polisini tanıyaq – FOTO + VİDEO

Mənim vəzifə borcum və eləcə də insanpərvərlik duyğularım tələb etdi ki…

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşı, polis serjantı Tusi Kamal oğlu Bayramzadə Bakı-Quba avtomobil yolunun 47-ci kilometrliyində xidmət apararkən dəmir qurğuların arasında qalan bir yeniyetmə qızı görür.

Ucarliyiq.biz Avtosfer.az-a istinadən xəbər verir ki, həmin uşaq nə az, nə çox düz dörd saat qurğular arasında insanlardan kömək istəyir. Bu anı görən polis serjantı xidməti maşınının mayakını yandıraraq geriyə hərəkət edir.

Bu istiqamətdə sürət həddi saatda 110 kilometrdir. Çətin vəziyyətdə olan qız uşağına köməklik göstərir və hərəkətin təhlükəsizliyini təmin etməklə yolun o biri hissəsinə keçirir.

Təbii ki, bu səhnəni çoxları görüb və heç bir sürücü avtomobili saxlayıb yeniyetməni həmin yerdən götürməyib. Polis serjantı Tusi Bayramzadə deyir ki, mənim vəzifə borcum və eləcə də insanpərvərlik duyğularım tələb etdi ki, bu addımı atım. Əgər o qız uşağını həmin an çətin vəziyyətdən qurtara bilməsəydim özümü bağışlaya bilməzdim.

Uşağı xilas etmiş yol polisini tanıyaq – FOTO + VİDEO

.

ucarliyiq.biz