» » » Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirildi

Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirildi

Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirildi

Bakıda Ziya Bünyadov prospektinin bağlanması ilə əlaqədar bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.

Ucarliyiq.biz xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, Z.Bünyadov prsopektinin bağlanması ilə əlaqədar metronun “20 Yanvar” və Qələbə dairəsindən metronun “Koroğlu” stansiyası istiqamətində hərəkət edən bütün marşrut avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib.

Səbəb sərnişinlərin tıxacda qalmasının qarşısını almaqdan ibarətdir.

Qeyd edək ki, Bakıya yağan aramsız yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

.
ucarliyiq.biz