» » » Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Ucarliyiq.biz xəbər verir ki, Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq bu ilin sentyabr ayının 1-i vəziyyətinə 9775,7 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi qadınların payına və hər 1000 kişiyə isə hazırda 1007 qadın düşür.

.
ucarliyiq.biz