» » » Ölkəyə idxal olunan bahalı telefonların rüsumu dəyişə bilər

Ölkəyə idxal olunan bahalı telefonların rüsumu dəyişə bilər

Ölkəyə idxal olunan bahalı telefonların rüsumu dəyişə bilər

Azərbaycanda ölkəyə idxal olunan mobil telefonlara növündən asılı olaraq rüsum tətbiq edilməsi təklif olunur.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, söhbət mobil telefonların dəyərindən və modelindən asılı olaraq rüsumun tətbiqindən gedir. Məsələn, “iPhone” telefonuna olan rüsum nisbətən ucuz telefonun rüsumundan fərqlənəcək.

Mənbə qeyd edib ki, bu məsələ hələ müzakrə olunur, konkret qərar qəbul olunmayıb.

O əlavə edib ki, bazarda təqdim olunan mobil telefonların qiymətləri 50 manatdan 1400 manatadək dəyişir:

“Təxmini qeyd edim ki, aşağı seqmentli telefonlar, məsələn, 50 manat dəyərində olan “Nokia 105” telefonuna 5 manat, bahalı mobil telefonlar – “iPhone 6” və “iPhone 7”-yə isə müvafiq olaraq 80 və 50 manat rüsum tətbiq oluna bilər”.

Mənbə deyib ki, həmçinin bu istiqamətdə yeni sayt yaradılması planlaşdırılır:

“Vətəndaş ölkəyə şəxsi istifadə üçün hər hansı bir telefonu gətirmək istəsə, mobil telefonun növünə uyğun qeyd olunmuş rüsumla həmin saytda tanış ola biləcək. Belə olanda ölkəyə heç bir məhdudiyyət olmadan, kim nə qədər istəsə, o qədər telefon gətirə biləcək”.

Mənbənin sözlərinə görə, bütün bu tədbirlər ölkənin mobil telefon bazarının qorunması üçün nəzərdə tutulur. Nəticədə ölkəyə mobil telefon gətirən hər bir kəs sahibkarla eyni səviyyədə dayanacaq.

.

ucarliyiq.biz