» » » Bakılı məktəbli xərçənglə yeni mübarizə üsulu düşünüb – VİDEO

Bakılı məktəbli xərçənglə yeni mübarizə üsulu düşünüb – VİDEO

Bakılı məktəbli xərçənglə yeni mübarizə üsulu düşünüb – VİDEO

“Biz insan qanına bir sürü virus yeridirik”.

13 yaşlı İkram Qabiyev təhlükəli viruslar və xərçəng hüceyrələri ilə mübarizə aparmağa yardım edəcək unikal üsul işləyib.

ucarliyiq.biz “MİR 24”ə istinadən xəbər verir ki, Bakı məktəblisinin ixtirasını Azərbaycan alimləri qiymətləndiriblər.

Gənc tədqiqatçı üçün Elmlər Akademiyasında laboratoriya ayırıblar. “Yeni himera” cihazı oyuncaq tapançaya bənzəyir.

Əslində isə bu, bir neçə saniyə ərzində təhlükəli virusları aşkar edən ciddi tibbi cihazdır. Daha sonra onların nümunələrini rezervuara yerləşdirirlər, sonra lazer şüasında buraxılırlar. Virus orqanizmdə qalan özünün zədələdiyi hüceyrələrə hücum edir. Bakteriya və xərçəng şişlərində də eyni prinsip baş verir. Hələlik İkram siçovullar üzərində təcrübə aparır.   

“Biz insan qanına bir sürü virus yeridirik. Bundan sonra bu viruslar insan orqanizmində olan zərərli bakteriya və virusları zərərsizləşdirir və beləliklə də, insana sağalmağa yardım edir”, - 9-cu sinif şagirdi, ixtiraçı İkram Qabiyev bildirib.

İkramın arsenalında digər ixtiralar da var. Məsələn, alternativ enerji mənbəyi. Cihaz adət etdiyimiz günəş batareyalarından və külək mühərriklərindən köklü şəkildə fərqlənir. O, enerjini məişət texnikasından: mobil telefonlar, televizor və hətta mobil şəbəkədən belə alır.