» » » Gənclər NİİM-də – FOTO

Gənclər NİİM-də – FOTO

Gənclər NİİM-də – FOTO

İnfotur keçirilib.

29 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzvləri üçün Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində infotur keçirilib.

NİİM-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub. 

Məlumat turunda iştirak edən gənclərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaranma tarixi, Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin operativ qaydada həyata keçirilməsini təmin edən perspektiv planlar haqqında məlumat verilib.

Tur zamanı iştirakçılar Bakı şəhərinin nəqliyyat sisteminin vahid mərkəzdən görünüşünü müşahidə ediblər. 

Daha sonra, gənclər müşahidəçi vasitəsilə İntelektual İdarəetmə Sisteminin əhatə dairəsi və əsas funksiyaları, naviqasiya sisteminin tətbiqi, ictimai nəqliyyatın idarə edilməsi haqqında ətraflı məlumat əldə ediblər.

Mərkəzi ziyarət edən gənclər elektron-kart ödəmə sisteminin tətbiqi sahəsindəki gələcək planlarla həmçinin, fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunması prosesi ilə tanış olublar.

Gənclər NİİM-də – FOTO

Gənclər NİİM-də – FOTO

Gənclər NİİM-də – FOTO

Gənclər NİİM-də – FOTO

Gənclər NİİM-də – FOTO