» » » Ramil Usubov Lənkəranda polis seçdi

Ramil Usubov Lənkəranda polis seçdi

Ramil Usubov Lənkəranda polis seçdi

DİN məlumat yaydı.

Ramil Usubov sentyabrın 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Daxili Qoşunların sıralarında xidmət etmək istəyən gənclərlə görüşüb.

Daxili İşlər Nazirliyindən ucarliyiq.biz-ə daxil olan məlumata görə, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində, Daxili Qoşunların sıralarında xidmət etmək istəyən 357 gənc də qəbulda iştirak edib. 

Onların arasından xidmətə daha hazırlıqlı olan 71 namizəd seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. 

Nazir daxili işlər orqanlarında xidmətə qəbul üçün seçilmiş namizədlərə tövsiyələrini verib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.