» » » Məzahir Pənahov Belarusa gedəcək

Məzahir Pənahov Belarusa gedəcək

Məzahir Pənahov Belarusa gedəcək

Seçkilər oktyabrın 11-nə təyin edilib.

Belarusa seçkilərin monitorinqinə MDB ölkələrinin, Baltika və Gürcüstanın Mərkəzi seçki komissiyalarının 10 sədri yola düşəcək.

ucarliyiq.biz Belta-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə bu gün mətbuat konfransında Belarusun seçkilər və respublika referendumlarının keçirilməsi üzrə Mərkəzi komissiyasının sədri Lidiya Yermoşina bildirib.

O izah edib ki, Belarusa Türkmənistan, Rusiya, Tacikistan, Gürcüstan, Moldova, Litva, Qazaxıstan, Azərbaycan, Latviya və Ermənistan mərkəzi seçki komissiyalarının sədrləri gələcək.

Xatırladaq ki, Belarus prezidentinin seçkilərinin keçirilməsi oktyabr ayının 11-nə təyin edilib.