» » » Quba-Xınalıq yolunda hərəkət bərpa olunub – YENİLƏNİB

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub – YENİLƏNİB

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub – YENİLƏNİB

Qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. 

Ucarliyiq.biz xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, “Azəravtoyol” ASC-nin 6 saylı idarəsinin əməkdaşları yolda hərəkəti bərpa ediblər.

Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.

12:38

Quba-Xınalıq yoluna qaya parçası düşüb. 

Ucarliyiq.biz xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 6 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 
Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.

.
ucarliyiq.biz